Stressin xərçəngin inkişafına necə təsir edir? - Onkoloq

MARAQLI
22:33 / 02.04.2024
252

Stress müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər.

HİT.az xəbər verir ki, bunu onkoloq, tibb elmləri namizədi Yevgeni Çeremuşkin NEWS.ru saytına deyib.

"Xroniki və ya uzunmüddətli stress immunitetin azalmasına səbəb ola bilər. Nəzərinizə çatdırım ki, immunitet şiş böyümə potensialı olan hüceyrələrin görünüşünə qarşı əsas müdafiə sistemimizdir. Ona görə də belə hesab edilir ki, stress birbaşa olmasa da, dolayı yolla da olsa, xərçəngin inkişafına təsir edir", deyə mütəxəssis izah edib.

O, xərçəngin əlamətləri kimi ən kiçik fiziki fəaliyyətlə belə qəfil arıqlama, yorğunluq və zəiflik göstərib.

Bundan əvvəl onkoloq Suna İsakova deyib ki, dəridəki keratomlar bağırsaq və mədə xərçəngindən xəbər verə bilər. Mədə və bağırsağın adenokarsinoması, əlamətləri qarın ağrısı, yeməkdən sonra ağırlıq, ürəkbulanma, qusma, kilo itkisi və iştahsızlıq olan bir xərçəngdir.

Samir

0