Uşaq küncə qoyulmalıdırmı?

MARAQLI
21:35 / 03.04.2024
198

Cəmiyyətimizdə davranış qaydalarını öyrənməyin, yaxud da öyrətməyin müxtəlif cür üsulları mövcuddur.

Bunlardan biri də cəzadır desək, heç də yanılmarıq. 

Belə ki, bu baxımdan uşağın tərbiyəsində valideynlər tərəfindən cəzalandırmadan bir vasitə kimi istifadə olunur. 

Bir çox psixoloq mülahizələrinə görə, ailədə uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu gələcək həyatda aqressivliyə sürükləyir.

Ancaq bir çox “mütəxəssislər” valideynlərə uşaqları küncə qoymağı və buna bənzər “taymaut” üsulları tətbiq etməyi tövsiyyə edir.

Hit.az xəbər verir ki, uşağın küncə qoyulması onların psixologiyasında dərin iz buraxır. 

Elə öz uşaqlığımızı xatırlayaq. Uşaq vaxtı küncə qoyulanda nə hiss keçirmişik? 

Küncə qoymaq uşağı döyməkdən qat-qat yaxşı olsa da, uşağı qovmaq və alçaltmaq da cəzanın bir başqa növüdür. 

Qeyd etdiyimiz kimi, xarici araşdırmaçılar “taymaut” üsullarını yəni küncə qoymağı düzgün davranış qaydası hesab edir.

Onların fikrincə, taymautlar valideynlərin də öz emosiyalarını nizamlaması üçün əla texnikadır. Əsəblər tarıma çəkiləndə, sakitləşmək üçün uşaq küncə qoyulur.

Beləliklə, valideyn  daha sonra peşman olacağı  bir hərəkət etməkdən çəkinəcək.

Sevinc

0