Dişlərdəki karies insult və infarkta səbəb ola bilər

MARAQLI
20:19 / 04.04.2024
267

Dişlərdəki karies xəstəliyinin ürəyə də təsiri varmış.

Bunu Hit.az-a stomotoloq Hümbət Həsənov söyləyib.

O bildirib ki, dişlərdəki karies vaxtında müalicə olunmasa, infeksiya dişdən qana düşəcək və nəticədə ürəkdə infeksional endokardit xəstəliyi yaranır.

"Bu ürəyin daxili toxuma qatının və klapanlarının iltihabına səbəb olur. Endoteliyanın iltihabı trombların yaranmasına, nəticədə isə insanın orqanizmində insult və infarktın yaranmasına səbəb olur. Dişlərində karies çox olan adamlar əsasən qan damar və ürək xəstəliklərinə tutulurlar”,- deyə həkim bildirib.

Murad

1