Heyvanın 8 faydası - SİYAHI

MARAQLI
22:18 / 04.04.2024
346

Heyva çox yeyilən meyvələrdən olmasa da, olduqca faydalıdır.

Hit.az bildirir ki, heyva yemək bir çox dərdə dərmandır.

Bəlkə də, bu məlumatları öyrəndikdən sonra heyvə yeməyi daha çox sevəcəksiniz. Elə isə heyvanın ən önəmli 8 faydasına nəzər salaq.

Sözügedən faydaları təqdim edirik:

1. Qida elementləri ilə zəngindir
Heyva bir çox meyvə kimi su və liflə zəngindir. Buna baxmayaraq, yağ və protein baxımından zəifdir. Üstəlik, kalorisi də azdır, 100 qram heyvanın tərkibində cəmi 38 kalori var. Heyva həm də qanda şəkər və xolesterin səviyyəsini nəzarət altında saxlamağa kömək edir. Heyvanın tərkibində kalium və fosfor da daxil olmaqla bəzi minerallar və  bəzi vitaminlər var. Burada xüsusilə "C" və "B" vitaminlərini vurğulamaq lazımdır. 

100 qram heyvanın qida dəyəri isə aşağıdakı kimidir:
Su: 84,3 q
Kalori: 38 kkal
Karbohidratlar: 6,3 q
Lif: 5,9 q
Protein: 0,3 q
Yağ: 0,1 q
Kalium: 200 mq
Fosfor: 14 mq
"C" vitamini: 14 mq
"B1" vitamini: 0,02 mq
"B2" vitamini: 0,03 mq

2. Güclü antioksidant təsir göstərir
Heyva hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan, metabolik stressi və iltihabı azalda bilən zəngin antioksidant mənbəyidir. Bu, həmçinin ürək xəstəliyi kimi xroniki xəstəliklərin də qarşısını alır.

3. Ürək sağlamlığı üçün çox faydalıdır
Heyva həm də yaxşı lif qaynağıdır. O xolesterolun udulmasını azaltdığı üçün ürək-damar sağlamlığını dəstəkləyir. Eyni zamanda, heyvada yaxşı miqdarda olan kalium meyvəyə sidikqovucu xüsusiyyətlər verdiyinə görə qan təzyiqini tənzimləmək üçün də faydalıdır.

4. Həzm problemlərini aradan qaldırır
Heyva mədə və bağırsaqlar üçün faydalı olan iltihabəleyhinə xüsusiyyətlərinə sahibdir. O bunun sayəsində müxtəlif həzm pozğunluqlarının müalicəsində uzun müddət istifadə edilib. Heyva həzm problemlərini aradan qaldırmaqla yanaşı, qalın bağırsağın zədələnməsini də əhəmiyyətli dərəcədə azaldır.

5. Reflüksə qarşı faydalıdır
Yeni araşdırmalar zamanı sübut olunub ki, heyva şirəsi reflükslə əlaqəli simptomları azaltmaq üçün faydalıdır. 

6. Hamiləlik zamanı ürək bulanmasına qarşı təsirlidir
Erkən hamiləlikdə ən çox görülən simptomlardan biri ürəkbulanmadır. Lakin heyva bu ürəkbulanmanı da aradan qaldırmağa kömək edə bilər.

7. Allergiyaya qarşıdır
Heyva allergik reaksiyalardan məsul olan müəyyən immun hüceyrələrin fəaliyyətini boğaraq müxtəlif allergiyaları aradan qaldıra bilər. Hətta bəzi ekspertlər heyva dənələrinin allergiya dərmanlarına qarşı effektiv ola biləcəyini düşünür. 

8. İmmun sistemini dəstəkləyir
Heyva həm immun sistemini dəstəkləyir, həm də tərkibindəki "C" vitamini və lif tərkibi sayəsində bəzi zərərli bakteriyaların böyüməsini əngəl olan antibakterial xüsusiyyətlərə malikdir. Üstəlik, heyva immun sistemi üçün vacib olan gündəlik "C" vitamini dəyərinin 15 faizini təmin edə bilir. Heyva həm də bakteriyalara və infeksiyalara qarşı olduqca təsirlidir. 

Pərviz

0