Meyvə qabıqlarının faydası

MARAQLI
22:30 / 05.04.2024
756

Meyvə qabıqlarının faydalı olması hər kəsə məlum olsa da, əksər hallarda onun gqabığını soyandan sonra istehlak edirlər. 

Hit.az meyvə qabıqlarının faydası haqqında araşdırma aparıb.

Alma qabığı ilə yeyilərsə döşdə, qaraciyərdə, bağırsaqda olan xərçəngdən qorunmaq olar.

Narın qabığı bağırsaqların parazitlərdən təmizlənməsinə kömək edir. İshala qarşı faydalıdır. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. 

Nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə - yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.

Limon qabığı C vitamini ilə zəngindir. Bakteriyaları öldürür. Ürək-damar sistemini nizamlayır. Yumurtalıq və dəri xərçənglərinin qarşısını alır. Qaraciyər və öd kisəsi üçün faydalıdır.

Heyva qabığı sidik yolu iltihabının qarşısını alır. İştahanı artırır. Böyrək və sidik kisəsi iltihabları üçün də faydalıdır.

Naringin qabığı həzmsizliyi azaldır və immuniteti gücləndirir, qan şəkərini normallaşdırır. Naringi qabığından hazırlanan çay mütəmadi olaraq içildikdə pis xolesterolu azaldır.

Sevinc

1