Yaz xəstəlikləri

MARAQLI
23:05 / 05.04.2024
379

Soyuqlu qış günlərindən sonra yaz fəslinin gəlməsinin səbirsizliklə gözlənilir.

Ancaq bəzi insanlar bu fəslinin daxil olmasına sevinə bilmir. Səbəb isə yaz aylarında bəzi xəstəliklərin baş qaldırmasıdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, yaz fəslində xroniki öskürəyi, mədə bağırsaq və xora, müxtəlif allergiyaları adətən bu fəsildə daha da kəskinləşir:

"Bu cür xəstələr bu dövrdə daha çox həkim nəzarətində olmalıdır. Ona görə də bu cür şəxslər yaxşı olardı ki, bu dövrdə öz həkimləri ilə məsləhətləşib, profilaktik müalicə kursları alsınlar. Digər tərəfdən insanlar fəsil dəyişkənliyi ilə bağlı geyim növlərini düzgün seçə bilmirlər. Bu da müəyyən soyuqdəymə xəstəliklərin yaranmasına səbəb olur. Çalışmaq lazımdir, geyimi fəsilə uyğun yox, havaya uyğun geyinilsin”.

Sevinc

0