Dırnaqların rəngi nədən xəbər verir?

MARAQLI
22:04 / 06.04.2024
2057

Dırnaqların görünüşü ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləri  haqqında önəmli siqnallar verir.

Kosmetoloq Nübar Əliyeva Hit.az-a deyib ki,  dırnaqların rənginə əsasən müəyyən qənaətə gəlmək mümkündür:

“Məsələn, sarı rəng qaraciyər patologiyaları, parlaq qırmızı eritremiya, bənövşəyi-mavi anadangəlmə ürək qüsurları, göyümtül ürək patologiyaları, ağ böyrəküstü vəz problemləri, qara çiyin arteriyasının trombozu və diabetik qanqrena, boz malyariya, solğun çəhrayı rəng isə sağlamlıqdan xəbər verir. Dırnaq üzərində ağ ləkələr mərkəzi sinir sisteminin, sarı ləkələr beyin fəaliyyətinin pozulmasının, solğun və dırnaq üzərində uzununa şırımlar anemiya, dəmir və digər vitamin çatışmazlığının, rəngsiz dırnaqlar stress və allergiyanın əlamətidir.
Bundan başqa dırnağın forma və strukturuna görə də müəyyən diaqnozlar qoymaq olur. Məsələn, yeyilmiş dırnaq bağırsaqda parazitlərin olması, mineral çatışmazlıq, dırnaqların üçbucaq şəklində olması fəqərə sümükləri və onurğa beynində problemlər, kövrək və asanlıqla sınması dəmir, kalsium, böyrək funksiyasında pozğunluqdan, A və D vitamini çatışmazlığından xəbər verir".

Sevinc

0