Gec saatlarında yemək vərdişi düzgündürmü?

MARAQLI
20:50 / 06.04.2024
396

Dövrün qlobal probleminə çevrilmiş piylənmə və mədə-bağırsaq problemlərindən əziyyət çəkənlərin sayı artır. Həkimlər hesab edir ki, piylənməyə səbəb olan amillərdən biri də gecə saatlarında yemək yeməkdir. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında qeyd edib ki, cə yemək sindromu qidalanma davranışı pozuntusudur:

"Gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur: Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır”.

Dietoloq onu da əlavə edib ki, gecə yeyilən yeməklər öd kisəsində durğunluq, öd kisəsi problemləri, qastritin bir çox formalarına, bağırsaq xəstəliklərinə səbəb ola bilir. Həmçinin, gecə saatlarından etibarən metobolizma aparatımızın sürəti ləngidiyi üçün yeyilən qidaların həzmi çətinləşir.

Sevinc

 

2