Fındığın hansı faydaları var? - 10 FAKT

20:04 / 06.04.2024
467

Fındıq yeməyin orqanizmə faydaları saysız-hesabsızdır. 

Hit.az bildirir ki, fındıq dadlı olmaqla yanaşı, sağlağınız üçün də olduqca əhəmiyyətlidir. 

Mütəxəssislər fındığı qovurmadan yeməyin daha faydalı olduğunu bildirirlər. Çünki fındığı çiy istehlak etmək həm sizi tox tutar, həm də sağlamlığınıza böyük fayda verər. Nəzərə alın ki, qovrulmamış fındıqların tərkibində qovrulmuş fındıqlardan iki dəfə çox antioksidan var.

Ümumiyyətlə, fındığın hansı faydaları mövcuddur? 

Hit.az fındığın ən önəmli 10 faydasını təqdim edir:

1. İmmunitet sistemini gücləndirir
Fındıq "E" vitamini ilə zəngindir. O, qan dövranını normallaşdırır, qızdırma, soyuqdəymə və digər xəstəliklər riskini azaltmaqla immunitet sistemini gücləndirir.

2. Toxluq hissi verir
Fındığın tərkibində bol lif, zülal və yağ var. Bu da öz növbəsində toxluq hissi verir. Fındıq həm də həddindən artıq yemək yeməyin qarşısını alır. Lakin həddindən artıq fındıq yemək də ziyanlıdır və kökəlməyə səbəb ola bilər. 

3. Sinirləri gücləndirir
Bu həm də tərkibindəki "B6" vitamini sayəsində sinir sisteminizə də müsbət təsir göstərir. Belə ki, "B6" vitamininin dəstəyi ilə serotonin, melatonin və epinefrin kimi hormonların ifraz olunur.

4. Beyin sağlamlığını qoruyur
Fındıqların vitaminlərlə zəngin olduğu üçün insanı zehni və psixoloji cəhətdən daha yaxşı hiss etdirə bilir. 

5. Diabet riskini azaldır
Diabet xəstələrinin gündəlik olaraq fındıq yeməsi nəticəsində qlükoza dözümsüzlüyünün yaxşılaşması müşahidə edilib. Çünki fındıq lifli qidadır. Lif isə nəinki həzmi yaxşılaşdırır, həm də qan şəkərini balanslaşdırır. Bununla da diabet riskini aradan qaldırır.

6. Xolesterolu azaldır
Fındıqların tərkibində ürək sağlamlığı üçün də faydalı yağlar var. Ona görə də fındığın müntəzəm istifadəsi xolesterolu 27 faiz azaldır. Həmçinin, elmi araşdırmalar göstərir ki, müntəzəm olaraq fındıq istehlak edən insanların infarktdan ölüm riski əhəmiyyətli dərəcədə azalır.

7. Xərçəng xəstəliyindən qoruyur
Fındıq çox güclü antioksidantdır. O, təkcə bədəndəki hüceyrələri yeniləmir, həm də zədələnmiş DNT və şiş hüceyrələrini azaldaraq xərçəng riskini azaldır. Hətta fındığın tərkibində olan beta-sitosterol döş və prostat xərçəngi riskini azaldır.

8. Qəbizliyin qarşısını alır
Fındıq həm də yaxşı lif mənbəyidir. Nəzərə almaq lazımdır ki, daha yaxşı həzm üçün lif mənbələri lazımdır. Alınan lif qaynaqları sayəsində mədədə üyüdülmə daha asan baş verir. Həzm sisteminin daha yaxşı işləməsi nəticəsində isə ishal və qəbizlik kimi problemlərdən xilas olmaq mümkündür. 

9. Əzələləri gücləndirir
Bundan başqa, fındıq maqnezium mənbəyidir. Maqnezium da bədənə daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində çox mühüm rol oynayır. Düzgün miqdarda kalsium əzələ daralmalarını yaradır və ehtiyac olmadıqda əzələlərin istirahət etməsinə imkan verir. 

Bu səbəbdən də maqnezium əzələ gərginliyini azaldır və əzələ yorğunluğunun, spazmın, krampların və ağrıların qarşısını almaq üçün mübarizə aparır. Eyni zamanda, yüksək maqnezium səviyyələri də əzələ gücünü artırmağa kömək edir. 100 qram fındığın tərkibində isə 229 mq maqnezium var.

10. Qocalmanın qarşısını alır
Təbii ki, burada dərinin vaxtından öncə qocalmasından söhbət gedir. Belə ki, fındığın tərkibində olan antioksidantlar dərinizə zərər verə biləcək sərbəst radikallarla mübarizə apararaq dərinin daha sağlam görünməsinə kömək edir. Fındıq "E" vitamininin dəstəyi ilə ölü hüceyrələri yox edir, daha sağlam və gənc görünən dəri təmin edir.

Pərviz

0