Armud qabığının bu faydalarını bilirdiniz?

MARAQLI
19:22 / 08.04.2024
356

Bildiyimiz kimi, armudun bir çox faydası var.

Hit.az bildirir ki, bu meyvə vitamin və minerallarla zəngindir.

Ümumiyyətlə, armud tərkibindəki bol "C" vitamini sayəsində immunitet sistemimizi gücləndirir. Həmçinin, ürək və sümük sağlamlığımıza da müsbət təsir göstərir. 
 
Lakin bəzi insanlar armud yeyərkən səhvə yol verirlər. Belə ki, bir çox şəxs armudu qabığı ilə yeməyi sevmir. Hətta həmin qabıqlar zibil vedrəsinə atılır. Amma armudun əsas şəfa mənbəyi də elə məhz qabığında imiş.

Armudun qabığı təkibindəki liflər baxımından olduqca faydalıdır. Üstəlik, armud qabığı immunitet sistemini gücləndirir, habelə qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı də bədənimizin müqavimətini artırır.

Bundan başqa, armud qabığından çay kimi də istifadə edə bilərsiniz. Bunun üçün 2 stəkan suyu bir qazana tökün və ona bir armudun qabığını soyub atın. 15 dəqiqə ərzində qabıqları qaynadın. Əgər istəsəniz ona limon dilimləri, mixək və ya darçın çubuqları əlavə edərək həm çayın dadını, həm də müalicəviliyini artıra bilərsiniz.

Pərviz

0