Cinsi istəksizliyə səbəb nədir?

MARAQLI
23:38 / 15.04.2024
207

Cinsi istəksizliyi çox zaman yaşla bağlı bir vəziyyət kimi qəbul etsələr də , bu problem gənc yaşlarında da özünü göstərir.

Problem həm qadınlarda, həm də kişilərdə psxioloji və ya fiziki səbəblərlə ortaya çıxa bilər.

Araşdırmalar zamanı məlum olub ki, bu gün insanların 20 faizi cinsi istəksizlikdən əziyyət çəkir. Cinsi istəksilzik yaranma səbəblərinə görə fərqli olur.

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, kişilərdə və qadınlarda psixoloji cinsi istəksizliyə depressiya, evlilik problemləri, aldatma və aldadılma, güclü stress, maddi problemlər, həyat yoldaşınıı razı sala bilməmək qorxusu, bədənindən narazılıq, uşaq yaşlarında yaşanmılan cinsi travmalar və s. səbəb ola bilər. Qadınlarda cinsi istəksizliyin 1 faizi fiziki, 99 faizi isə psixoloji səbəblərdən qaynaqlanır:

“Qadınlarda cinsi istəksizliyə səbəb olan fiziki faktorlar, yaşlanma və menapauza, qəbul edilən dərmanlar, alkoqolizm, trioid xəstəlikləri, xroniki xəstəliklər, hormonal pozuntular, əlaqə zamanı ağrı, genital orqanlarda iltihablanma, vaginal quruluq və s. səbəb ola bilər.  Bəzən cinsi istəksizliyə səbəb stresli iş həyatı, şəxsi həyatında problem və s. ola bilər. Bu cinsi istəksizlik müvəqqəti olur. Qeyd etdiyim kimi, kişilərdə cinsi istəksizlik daha çox psixoloji probemlər nəticəsində meydana çıxır”.

Sevinc

0