Qazlı və ya adi su - susuzluğu hansı yatırır?

MARAQLI
21:45 / 18.04.2024
317

İstilik nə qədər güclü olarsa, susuzluğunuzu ləzzətli və fayda gətirən yollarla daha fəal axtarırıq.

Maraqlıdır, hansı susuzluğu daha yaxşı yatırar: qazlı su və ya adi?

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, orqanizmin maye tələbatı sərinləşdirici içkilərlə deyil, su ilə ödənilsə daha yaxşı olar. Çünki sərinləşdirici içkilərin böyük əksəriyyəti qazlı içkilərdir. Bu içkilərin böyük miqdarda qəbulu tövsiyə edilmir. Həmin içkilər orqanizmində qan şəkərinin dalğalanmasına səbəb olur: 

“Buna görə də, həmin içkilərdən təkrar-təkrar istifadə ehtiyacı yaranır. Kafein tərkibli içkilər sidikqovucu olduğu üçün orqanizmdən suyu çıxarır. Yəni, bu içkilər maye ehtiyacımızı ödəmir. Ona görə də, adi su qəbulu daha yaxşıdır. Ev şəraitində içdiyimiz suları müxtəlif cür dadlandıra bilərik. Suya müxtəlif meyvələr atıb şəkərsiz kompot hazırlaya bilərik. Həmçinin, meyvələrdən müxtəlif kokteyllər də hazırlamaq olar. Tərkibində su üstünlük təşkil edən meyvə və tərəvəzlərdən istifadə etmək daha məsləhətlidir. Şirin, qazlı, energetik içkilər orqanizmimizin suya olan ehtiyacını ödəmir. Əksinə, onlar daha çox susuzluğa səbəb olur. Dünyada tapa biləcəyimiz ən gözəl içki sudur. Bəzən azyaşlı uşaqların energetik içkilərdən istifadə etdiyinin şahidi oluruq. Bu, birmənalı olaraq qadağan edilməlidir”.

Sevinc

0