Yeməklərlə bağlı ən qəribə 10 FAKT

MARAQLI
19:38 / 30.04.2024
481

Hər birimiz yemək yeməyi çox sevirik. 

Əlbəttə ki, hər insanın yemək zövqü də bir-birindən fərqlənir. Amma hər kəsin yemək sevgisi olduğu bir reallıqdır. Kimisi çox yəyər, kimisi az. Lakin yemək bütün insanlar üçün vazkeçilməzdir. Bəs həyatınızı davam etdirməyə və gün içərisində enerjili olmağınıza kömək edən yeməklərlə bağlı nələri bilirsiniz? Əmin olun ki, aşağıdakı qəribə məlumatlarla ilk dəfə qarşılaşacaqsınız... 

Hit.az yeməklərlə və qidalarla bağlı ən maraqlı 10 faktı təqdim edir:

1. Nə qədər qəribə olsa da, Avropada 1700-cü illərdə pomidorun zəhərli olduğuna inanılırdı. Lakin bu düşüncənin sonrada doğru olmadığı ortaya çıxdı. 
2. Əgər hansısa quş avokado yesə, zəhərlənəcək. Bu isə onun ölümü ilə nəticələnə bilər. 
3. Yəqin ki, siz də almanın suda batmadığını görmüsünüz. Bunun səbəbi almanın təxminən 25 faizinin havadan ibarət olmasıdır. Ona görə də  alma suda batmır. 
4. Bu gün insanların içdiyi çay 1500 il əvvəl Çində göyərti kimi istifadə olunurdu. 
5. Sizcə qarpız nə qədər baha ola bilər? Böyük ehtimalla, doğru cavabı heç kim təxmin edə bilməyəcək. Çünki dünyanın ən bahalı qarpızı Yaponiyada istehsal olunan qara qarpızdır. Onun qiyməti isə 6300 dollardır.
6. Amerikada hər il 13 milyard ədəd qamburger yeyildiyi məlum olub. Əgər bu qamburgerləri uc-uca düzsələr, dünya ətrafında 32 dəfə dönə bilər. 
7. Bu gün yeməkləri dadlandırmaq üçün istifadə etdiyimiz ketçupun 1800-cü illərdə dərman kimi istifadə edildiyi bilirdiniz? 
8. Bu məlumat hər kəs üçün faydalı olacaq: Hıcqırıqdan xilas olmaq üçün bir çay qaşığı şəkər yemək kifayətdir. 
9. Dünyada hər il təxminən 35 min ton darçın istehsal olunur.
10. Pomidorda insanda olandan daha çox gen olduğu ortaya çıxıb. 

Pərviz

0