Kişilər hansı qadını tərk edir?

MARAQLI
22:20 / 23.05.2024
644

Gənc cütlükləri narahat edən məsələrdən biri qarşı tərəfin onu nə vaxtsa tərk etməsidir.

Araşdırmalar zamanı müəyyən edilib ki, adətən kişilər qadını tərk edir. Maraqlıdır, kişilər hansı qadını tərk edir və ya etməz?

Hit.az xəbər verir ki, kişilər onları qıcıqlandıran qadınlardan gen gəzirlər. Şübhə dolu baxışlar, isterik davranışlar, seksdən imtina etmək qadını kişidən uzaqlaşdırır. Əsl qadın istənilən problemi danışıq yolu ilə ya həll edir, ya da susub gedir. 

Həmçinin, şəxsiyyət kimi formalaşmış qadını heç bir kişi itirmək istəməz. Çünki onu ağır yük kimi çiynində daşımağa məcbur deyil.

Kişilər dünyaya fərqli baxış bucağı ilə baxan ağıllı qadınları sevirlər. Bir qadının cazibədar olmaq üçün ən yaxşı məktəbləri bitirməsi lazım deyil. 

Həyatı sorğulayan, araşdırmağa maraq göstərən və zəkalı qadınlar kişilərin xəyal etdiyi qadın tiplərindən birinə çevrilməyi bacarır.

Bəzi kişilər qısqanılmağı xoşlasalar da, həddi aşsanız, vəziyyət gərginləşəcək. Qısqanc olsanız belə, bunu ona çox göstərməyin.

Sevinc

0