Bakıda buz sevinci yaşamaq istəyənlərə xoş xəbər

MARAQLI
20:02 / 24.05.2024
1033

Bakıda buz meydançası və konki sürmək üçün meydanın olduğunu bilirdinizmi?

Bu meydança ötən ildən Heydər Əliyev adına idman konsert kompleksinin nəzdində fəaliyyət göstərir. 

Bu buz meydançasına böyük maraq və axın var.

Buz meydançasında əsasən uşaq və yeniyetmələr məşğul olsalar da, məşqçilərin dediyinə görə, sağlamlığı imkan verən 50-60 yaş kateqoriyasından insanlar da məşqlərə başlaya bilərlər.

Hit.az-ın buz meydançasının əməkdaşlarından əldə etdiyi məlumatlara görə, diyircəkli konki sürənlər əvvəllər gimnastika ilə məşğul olanlar buz üzərində konki sürməyə daha tez adaptasiya olurlar:

"Əgər uşaqların fiqurlu konkisürmə ilə peşəkar səviyyədə məşğul olmasını istəyirsinizsə, o zaman onların məşğələləri 4-5 yaşdan başlamalıdır. Belə olsa, onların gələcəkdə beynəlxalq yarışmalara qatılma imkanları daha çox artır. Arzu edən hər kəs buz üzərinə çıxa bilər. 1 ay məşqdən sonra hətta ən təcrübəsiz insan belə buz üzərində konki ilə hərəkət edə bilir. Buz üzərində məşqlərə xüsusi hazırlıq, isitmə hərəkətləri olmadan başlamırıq. Buz meydançasının səthi hər gün bir ton su ilə yenidən hamarlanır".

Murad

0