Ucar, Ağdaş, Yevlax yolunun üstündə bu hala daha çox rast gəlmişəm. Maşını saxladırlar, yalandan maşınım xarab olub, bir stəkan su ver deyirlər.
Elə ki, sürücüyə salam verdilər, təcili suyun əvəzində bir ədəd dini şəkil hədiyyə verirlər (bu şəklin surətini çıxarmağın xərci 15-20 qəpikdir).
Hədiyyənin arxasınca isə həccdən gəlirəm deyir. “Bu təsbehi al, xeyriyyə üçün pul yığırıq” adı ilə əlindəki təsbeh, papaq, örpək kimi balaca aksessuarları baha qiymətə sənə satmağa çalışırlar. Yox deyəndə də əl çəkməyib, əməlli başlı duyğu sümürüsünə keçirlər.
Kiminsə şəklini göstərib xəstə olduğunu, kömək etməsək bunun Allahın acığına gedəcəyini deyirlər. Hadisə dəfələrlə təkrarlandığına görə bunu yazmağı vacib bildik. Bu dilənçiliyin modern formasıdır.
Məkkə də bütün şəhərlər kimi bir şəhərdir və oradan satın alınıb, gətirilmiş hansısa təsbeh, örpək, üzük müqəddəs falan deyil. Üstəlik həmin məhsulların Məkkədən gətirilib-gətirilmədiyi də dəqiq deyil. Dini fırıldaqçılıq, qazanc növü kimi istifadə eləmək ən böyük günahdır.
Murad