Tarixi səlnamə və əfsanələrdə Süleyman peyğəmbərin quş dilini bildiyi qeyd edilr.
Bəs quş dili hansı dildir? O həqiqətən quşlarla danışırdı?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən filologiya elmləri doktoru Rəvan Qarayev bildirib ki, bir çox alimlərin fikrinə görə "Quş dili" metaforadır:
“Bu ifadəylə Misir yazı dili qəsd edilir. Süleyman da Misir yazısını oxumağı bilirdi. "Lisanu-t tayran" hərfi olaraq, quş dili kimi çevrilsə də, tayr sözü ərəbcədə həm də "tale", "yüksələn", "ucalan", "uçan" kimi də çevrilir. Ezoterik mənada peyğəmbər statusunda olan şəxslərin fələyi-taleni oxumağı, bilməyi daha "əfzəl" hedab oluna bilər, nəinki Misir dili”.
Alim bildirib ki, Quranda Süleyman peyğəmbərlə danışdığı bildirilən Hudhud bir quşun adıdır:
"Nəml surəsi 27 və Sad surəsi 19 ayələrdə Hz.Davud da "quşların dili" və "quşlar bizə tabe edildi" deyə ayələr keçir. İndi Qazaxıstanda, Qaradənizdə yaşayan türklər, Yakutiyada yaşayan bəzi şamanlar da quş dilində danışdıqlarını iddia edirlər. Əslində dərindən izləyib, müşahidə edilincə, quşların dilini anlamaq olar. Süleyman kimi ilahi vergisi olan biri ya quşlarla danışıb, ya da da tanrı hesab edilən yadplanetli varlıqlarla ünsiyyətə girə bilərdi. Qədim Misir yazılarında Tanrıların bəziləri qartal başlı, quş başlı insan kimi təsvir edilir".
Murad