Bağçaya gedən uşaqlar niyə ağlayır?

MARAQLI
17:53 / 13.09.2024
558

Bağçaya yeni gedən uşaqların bir qismi ağlaya-ağlaya bağçaya gedir.

Valideyn uşağı ilk gün bağçaya apararkən uşağın ağlaması səbəbindən (bu, bəzən 1 həftə və daha çox davam edə bilir) nə etməli olduğunu bilməyərək, ya bağçadan imtina edir, ya da hər dəfə ağlaya-ağlaya bağçaya aparıb bir gün öyrəşəcək , ümidi ilə günləri sayır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində deyib ki, adaptasiya gec gedən uşaqlara 2 ay valideynləri ilə təmasa, bağçada ilkin olaraq, az saat vaxt keçirməyə, psixoloq dəstəyi almağa şərait yaradılmalıdır:

“Uşağın bağçaya getdiyi zaman anadan ayrılarkən stress keçirməsi normaldır və bu halı yaşamağı bacarmalıdır. Bağçada işləyən mütəxəssislər isə bacardıqca bu stresli vəziyyəti tez aradan qaldırmaq üçün məşğələlər yerinə yetirməlidirlər. Adətən, valideynlərlə bağlılığı daha çox olan uşaqlar bu ayrılıq dövrünü çətin keçirirlər. Uşağın ev mühitində daha çox oynadığı oyuncağını, onun bağlandığı əşyanı özü ilə götürməsinə şərait yaradılmalıdır. Parlaq, onun üçün maraqlı ola biləcək oyuncaqlar öncədən təqdim olunmalıdır".

Sevinc

0