Şəpitlə maşın sürməyin cəzası var?

22:37 / 30.10.2024
374

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Avtomobili şəpitlə sürən şəxsə cəza tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, buna görə sürücünü cərimələmək qanunsuzdur:

“Belə ki, İnzibati Xətalar Məcəlləsində şəpitlə maşın sürməyə görə heç bir inzibati tənbeh tədbiri nəzərdə tutulmayıb. Nəzərə çatdırım ki, yol polis əməkdaşları tərəfindən şəpitlə maşın sürməməyiniz yalnız tövsiyə edilə bilər. Cərimə isə tövsiyə olunan normalara görə deyil, məcburi olan normalara və onların pozulmasına görə tətbiq edilir”.

Murad

0