Qadınlar və kişilər hansı hallarda xəyanət edir? - Psixoloq açıqladı

MARAQLI
20:27 / 12.11.2024
423

“Xəyanət etmə halları demək olar ki, 50%-ə çatıb. Evlənənlərdən sonra boşanmalarda da bu rəqəm eynilik təşkil edir”.

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli psixoloq Emre Gökçeoğlu deyib. O, kişi və qadınların hansı hallarda xəyanət etməsi ilə bağlı danışıb:

“Kişi-qadın münasibətləri ilə bağlı aparılan araşdırmalara nəzər saldıqda görürük ki, xəyanətə yönəlmiş hər 2 cinsin nümayəndələri üçün xüsusi olaraq aşağıdakılara diqqət çəkilir:

Qadınlar ən çox duyğusal ehtiyacları qarşılanmadığında, xüsusilə də maraq və sevgini hiss edə bilmədiklərində, onlara romantik sürprizlər edilmədikdə və həmçinin şüursuz şəkildə qarşı tərəfə bağlanmaq istəmədiklərində xəyanət edir.

Kişilərin isə ən çox həyat yoldaşları tərəfindən təriflənmədikləri və cinsi olaraq ehtiyacları qarşılanmadığı hallarda xəyanət etdikləri məlum olub”.

Psixoloq elmi mənbələrə istinadla ("Improving empathy and emotional intimacy in relationships"-Johnson, S. M., & Zuccarini, D.) bildirib ki, duyğusal bağlılıq, empatiya hissinin aşağı olmaması xüsusilə qadınları münasibətdə qane etmir və xəyanət riskini artırır.


 

0