Kişilər internetdə qadınların fırıldaqçıların tələsinə necə düşürlər? - AÇIQLAMA

MARAQLI
20:29 / 16.11.2024
448

İnternetdə tanışlıq və fırıldaqçılıq hallarının artması, xüsusilə son illərdə geniş yayılan sosial media, tanışlıq saytları və mobil tətbiqlər vasitəsilə baş verir. 

Bu tip fırıldaqçılıqların ən çox rastlanan nümunəsi qadınların kişilərə sevgi etiraf etməsi ilə bağlıdır. 

Son günlər bir çox adam bu cür fırıldaqçılıqla üzləşdiyi barədə hekayələri sosial şəbəkələrdə paylaşırlar.

Maraqlıdır, qadınlar kişilərə nə deyərək aldadır? Ümumiyyətlə, bu necə baş verir?

Bu barədə Hit.az-a açıqlama verən texnologiya üzrə mütəxəssis Aydın Qarayev deyib ki, romantik fırıldaqçılıq, şəxsi və emosional əlaqələr quraraq, insanların etibarını qazana bilir:

“Daha sonra onları pul və ya digər resurslar üçün aldadan bir növ onlayn fırıldaqçılıq növüdür. Bu tip fırıldaqçılar, çox vaxt özlərini işgüzar, cəlbedici və ya zəngin biri kimi təqdim edirlər. Onlar qarşı tərəfi əksər hallarda onlayn tanışlıq platformalarında, sosial mediada və ya hətta oyunlar vasitəsilə tapır və özünə çəkir. 

Fırıldaqçı qarşı tərəfi "sevgi" ilə manipulyasiya edərək, onlarla yaxın münasibət qurur. Fırıldaqçı tez-tez özünü çətin vəziyyətdə - məsələn, xəstəlik, işsizlik və ya qəza vəziyyətində - göstərərək, qarşı tərəfdən pul istəyə bilər. Qarşı tərəf, çətin vəziyyətinə görə müəyyən məbləğdə pul göndərməyinizi xahiş edir.

Ən çox hədəf alınan şəxslər isə yaşlı insanlar və emosional açıqlığı olanlar olur. Fırıldaqçılar tez-tez emosional vəziyyətdə olan şəxsləri (məsələn, kədərli və ya tək yaşayanlar) hədəf alırlar”.

Murad

0