"Gözəllik filterləri qadağan edilməlidir" - Sosioloqdan iddia

MARAQLI
13:05 / 28.11.2024
173

Son 10 il ərzində demək olar ki, hər kəs sosial şəbəkələrdəki gözəllik filterlərində tez-tez istifadə edir.

Bu bizim şəkildə gözəl görünməyimizə, özümüzdə olan qüsurları ört-basdır edilməsinə kömək olur. 

Mütəxəssislər gözəllik filterlərinin xüsusilə yeniyetmələrdə bir sıra təhlükələrə səbəb olduğunu deyiblər.

Maraqlıdır, sosial şəbəkələrdəki gözəllik filterləri yeniyetmələrdə hansı təhlükələr yaradır?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, filterlər, istifadəçilərin üz cizgilərini, dərilərini və bədənlərini tənzimləyərək, daha ideal görünüşlər əldə etmələrinə imkan verir:

“Yeniyetmələr, bu təsvirləri reallıq olaraq, qəbul edir. Yeniyetmələr, filterlərlə dəyişdirilmiş mükəmməl görünüşləri real həyatla müqayisə edərək, öz bədənlərini bəyənməməyə başlayır. Bu da bədən imici problemlərinin yaranmasına, özünü qiymətləndirmə və özünə inamın azalmasına yol aça bilər.

Gözəllik filterlərinin səbəb olduğu özünə inamsızlıq, depressiya, narahatlıq və digər psixoloji sağlamlıq problemlərinin artırır. Sosial şəbəkələrdə filterlərin tez-tez istifadə edilməsi, yeniyetmələrin xarici görünüşə daha çox fokuslanmalarına və daxili xüsusiyyətləri, şəxsiyyət və qabiliyyətləri nəzərə almamalarına səbəb ola bilər. Buna görə də həmin filterlərin istifadəsi xüsusən yeniyetmələr üçün qadağan edilməlidir”.

Murad

3