Bu gün tarixin vərəqlərində 14 apreldəyik.
Hit.az bildirir ki, bu gün dünyada və ölkəmizdə bəzi hadisələrlə yadda qalıb.
14 aprel mühüm bir sıra tarixi hadisələrin baş verdiyin gün olmaqla yanaşı, tanınmış simaların bəzilərinin doğum və ölüm günü kimi də xatırlanır. Beləliklə, tarixin 14 aprelinə nəzər salırıq...
14 apreldə nələr baş verib?
1865-ci ildə ABŞ Prezidenti Abraham Linkolna sui-qəsd edildi. O, səhəri gün öldü. 1912-ci ildə “Titanik” Şimali Atlantikada saat 23:40-də aysberqə çırpılıb. 1927-ci ildə İsveçdə “Volvo” adlı avtomobil şirkəti quruldu. 1986-cı ildə 1 kiloqramla tarixin qeydə alınmış ən ağır dolu yağışı nəticəsində Banqladeşin Qopalqanc bölgəsinə 92 nəfərin ölüb. 2003-cü ildə insan genomu layihəsi insan genomunun 99%-nin 99,99%-lik dəqiqliklə ardıcıllığı ilə tamamlanıb.
14 apreldə doğulanlar:
1952-ci ildə Milli Qəhrəman, Əməkdar jurnalist, şəhid Alı Mustafayev, 1870-ci ildə ictimai-siyasi xadimi və yazıçısı Nəriman Nərimanov, 1907-ci ildə Xalq artisti, aktrisa Fatma Qədri, 1916-cı ildə tarzən Nadir Mansurov, 1977-ci ildə Əməkdar artist, opera müğənnisi İnarə Babayeva dünyaya gəlib.
1126-cı ildə ispan astronom İbn Rüşd, 1578-ci ildə İspaniya kralı III Filipp, 1745-ci ildə rus dramaturq Denis Fonvizin, 1907-ci ildə Haiti prezidenti Fransua Dyuvalye, 1923-cü ildə rus aktrisa Lidiya Vertinskaya, 1958-ci ildə şotland aktyor Piter Kapaldi, 1973-cü ildə amerikalı aktyor Edrien Broudi və 1979-cu ildə türk basketbolçu Kərəm Tunçeri doğulub.
14 apreldə vəfat edənlər:
1759-cu ildə alman bəstəkar Georq Fridrix Hendel, 1910-cu ildə rus rəssam Mixail Vrubel, 1925-ci ildə türk zabit Cibranlı Xalid bəy, 1930-cu ildə rus şair Vladimir Mayakovski, 1936-cı ildə sabiq nazir Mirzə Əsədullayev, 1986-cı ildə fransız filosof Simona de Bovuar və 2009-cu ildə fransız yazıçı Moris Drüon vəfat edib.
Pərviz


