Bu gün tarixin vərəqlərində 21 apreldəyik.
Hit.az bildirir ki, bu gün Dünya Yaradıcılıq və İnnovasiya Günüdür.
Bu gün həmçinin tarixə Romanın qurulduğu gün kimi də düşüb. Qədim dünya tarixində isə Qaraqoyunlular və Teymurilər arasında Sərdrud döyüşü 21 aprelə təsadüf edir. Beləliklə, tarixin 21 aprelinə nəzər salırıq...
21 apreldə baş verənlər:
1944-cü ildə Fransada qadınlara səsvemrə hüququ verilib. 1960-cı ildə Braziliyanın paytaxtı Braziliaya köçürülüb.
21 apreldə doğulanlar:
1925-ci ildə Cənubi azərbaycanlı siyasətçi Raziyə Şabani, 1941-ci ildə futbolçu Yaşar Babayev, 1968-ci ildə tədqiqatçı Fuad Axundov, 1984-cü ildə meyxanaçı Rəşad Dağlı və 1989-cu ildə Əməkdar artist, tarzən Şəhriyar İmanov dünyaya gəlib.
Dünyada isə 1837-ci ildə danimarkalı yazıçı Fredrik Bayer, 1864-cü ildə alman sosioloq Maks Veber, 1915-ci ildə amerikalı aktyor Entoni Kuinn, 1922-ci ildə rus kinorejissor Stanislav Rostotski, 1926-cı ildə Böyük Britaniya kraliçası II Elizabet, 1947-ci ildə amerikalı müğənni İggi Pop, 1979-cu ildə şotland aktyor Ceyms Makevoy, 1987-ci ildə niderlandlı futbolçu Leroy Corc, 1990-cu ildə ukraynalı müğənni Nadya Dorofeyeva və 1992-ci ildə ispan futbolçu İsko doğulub.
21 apreldə vəfat edənlər:
1408-ci ildə Teymuri hökmdarı Sultan Miranşah, 1652-ci ildə italyan bəstəkar Petra della Valle, 1910-cu ildə amerikalı yazıçı Mark Tven, 1938-ci ildə pakistanlı yazıçı Məhəmməd İqbal, 1938-ci ildə azərbaycanlı dövlət xadimi Ruhulla Axundov, 1971-ci ildə Haiti prezidenti Fransua Dyuvalye, 2003-cü ildə amerikalı müğənni Nina Simone və 2024-cü ildə azərbaycanlı riyaziyyatçı alim, professor Əkbər Əliyev vəfat edib.
Pərviz


