Bu gün tarixin vərəqlərində 1 iyundayıq.
Hit.az bildirir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bununla bağlı qərar 1 iyun 1950-ci ildə qəbul olunub. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Həmçinin, bu gün BMT tərəfindən Ümumdünya Süd Günü kimi də xarakterizə edilib. Eyni zamanda, 1 iyun Keniyada Madaraka Günü, Tunisdə isə Qələbə Günüdür. İndi isə tarixin 1 iyununa nəzər salaq...
1 iyunda baş verənlər:
1981-ci ildə Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib. 1992-ci ildə Azərbaycanla Lüksemburq arasında diplomatik əlaqələr qurulub. 2020-ci ildə Bakıda Dəniz Mall ticarət mərkəzinin açılışı olub.
Dünyada da 1792-ci ildə Kentukki ABŞ-nin 15-ci, 1796-cı ildə isə Tennessi ABŞ-nin 16-cı ştatı olub. 1831-ci ildə Ceyms Klark Ross Şimal maqnit qütbünə çatan ilk avropalı olaraq tarixə keçib. 1980-ci ildə Atlanta şəhərində “CNN” televiziya kanalı təsis edilib
1 iyunda doğulanlar:
1960-cı ildə Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi Araz Səlimov, 1920-ci ildə Xalq artisti, aktrisa Rahilə Ginzburq, 1936-cı ildə Xalq artisti, dirijor Nəriman Əzimov, 1940-cı ildə Xalq artisti, müğənni Niyaməddin Musayev, 1950-cı ildə Əməkdar artist, aktrisa Tanilə Əhmərova, 1953-cü ildə Əməkdar artist, aktyor Ömür Nağıyev və 1994-cü ildə futbolçu Sevinc Cəfərzadə dünyaya gəlib.
Dünyada isə 1926-cı ildə amerikalı aktrisa Merilin Monro, 1929-cu ildə hindistanlı aktrisa Nərgiz Datt, 1930-cu ildə rus bəstəkar Yevgeni Ptiçkin, 1952-ci ildə türkiyəli sabiq futbolçu və baş məşqçi Şənol Günəş, 1975-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan və 1996-cı ildə ingilis aktyor Tom Holland doğulub.
1 iyunda vəfat edənlər:
1920-cı ildə dövlət xadimi Xudadat bəy Rəfibəyli, 1988-ci ildə Əməkdar elm xadimi, professor, təndiqçi Əziz Şərif və 2021-ci ildə sabiq futbolçu və baş məşqçi Səmədağa Şıxlarov vəfat edib.
Həmçinin, 1846-cı ildə Roma Papası XVI Qriqori, 1968-ci ildə amerikalı yazıçı Helen Keller, 1983-cü ildə alman yazıçı Anna Zegers, 2008-ci ildə fransız modelyer İv Sen Loran və 2010-cu ildə rus şari Andrey Voznesenski dünyasını dəyişib.
Pərviz


