Bu gün tarixin vərəqlərində 8 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 8 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 8 iyuluna nəzər salırıq.
8 iyulda baş verənlər:
1996-cı ildə Azərbaycan və Boliviya arasında diplomatik əlaqələr qurulub. 1497-ci ildə Vasko da Qama Hindistan səfər etmək üçün ilk Avropa səyahətinə çıxıb. 1709-cu ildə İsveç və Rusiya imperiyası arasında “Poltava” döyüşü baş verib. 1889-cu ildə “Wall Street” jurnalı ilk dəfə nəşr olunub. 1990-cu ildə Qərbi Almaniya milli futbol komandası FİFA Dünya Kubokunu qazanıb.
8 iyulda doğulanlar:
1935-ci ildə boksçu və məşqçi Rauf Cabbarov və 1985-ci ildə voleybolçu Natəvan Qasımova doğulub.
Həmçinin, 1839-cu ildə amerikalı biznesmen Con Rokfeller, 1852-ci ildə alman yazıçı Artur Leist, 1885-ci ildə alman filosof Ernst Blox, 1920-ci ildə Sovet pilotu İvan Kojedub, 1958-ci ildə İsrail dövlət xadimi Tsipi Livni, 1972-ci ildə Özbəkistan diplomatı Gülnarə Kərimova və 1974-cü ildə rus müğənni Janna Friske dünyaya gəlib.
8 iyulda vəfat edənlər:
2013-cü ildə Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu və 2016-cı ildə kimyaçı alim Kamil Sadıxov dünyasını vəfat edib.
Həmçinin, 1946-cı ildə rus bəstəkar Aleksandr Aleksandrov, 1952-ci ildə eston yazıçı Auqust Alle, 1957-ci ildə ABŞ birinci xanımı Qreys Kulic, 1994-ci ildə Şimali Koreya Ali Lideri Kim İr Sen, 2015-ci ildə amerikalı aktyor İrvin Kiyes və 2022-ci ildə Yaponiya baş naziri Şinzo Abe dünyasını dəyişib.
Pərviz


