Bu gün tarixin vərəqlərində 20 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bəzi mühüm hadisələrlə yadda qalıb.
20 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi də xatırlanır. Həmçinin, bəzi görkəmli şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 20 avqustuna nəzər salırıq.
20 avqustda baş verənlər:
2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında taekvonduçu Radik İsayev qızıl, güləşçi Şərif Şərifov isə bürünc medal qazanıb. 1940-cı ildə Mexikoda sürgündə olan sovet inqilabçısı Lev Trotski Ramon Merkader tərəfindən buz baltası ilə ölümcül yaralanıb və ertəsi gün vəfat edib.
1988-ci ildə İran-İraq müharibəsində təxminən 8 illik hərbi əməliyyatlardan sonra atəşkəs razılaşdırılıb. 1993-cü ildə Norveçdə gizli danışıqların raundlarından sonra Oslo anlaşması imzalanıb.
20 avqustda doğulanlar:
1966-cı ildə Milli Qəhrəman, şəhid Fazil Mehdiyev, 1923-cü ildə ilk azərbaycanlı qadın snayper Ziba Qəniyeva, 1901-ci ildə Xalq artisti, xanəndə Xan Şuşinski, 1912-ci ildə Xalq artisti, dirijor və bəstəkar Niyazi, 1918-ci ildə fizik, alim Həsən Abdullayev, 1920-ci ildə dövlət xadimi Baxşəli Baxşəliyev, 1967-ci ildə Naftalan şəhərinin sabiq İcra başçısı Rövşən İbrahimov və 1977-ci ildə televiziya aparıcısı və aktyor İlham Qasımov doğulub.
Həmçinin, 1561-ci ildə italiyalı bəstəkar Yakopo Peri, 1831-ci ildə avstriyalı geoloq Eduard Züss, 1889-cu ildə gürcü rəssam David Kakabadze, 1901-ci ildə italiyalı şair Salvatore Kvazimodo, 1909-cu ildə rus şahmatçı Olqa Rubtsova, 1937-ci ildə rus kinorejissor Andrey Konçalovski, 1941-ci ildə Serbiyanın 1-ci prezidenti Slobodan Miloşeviç, 1943-cü ildə serbiyalı aktyor Draqan Nikoliç və 1944-cü ildə Hindistanın baş naziri Raciv Qandi dünyaya gəlib.
20 avqustda vəfat edənlər:
1963-cü ildə rəssam Tofiq Cavadov və 2020-ci ildə qanuni oğru Lotu Quli dünyasını dəyişib.
Həmçinin, 1639-cu ildə alman şair Martin Opits, 1823-cü ildə Roma papası VII Piy, 1854-cü ildə alman filosof Fridrix Şellinq, 1914-cü ildə Roma papası X Piy, 1920-ci ildə macar opera müğənnisi Etelka Qerster, 1980-ci ildə amerikalı və fransız müğənni Co Dassen, 2003-cü ildə türkiyəli dövlət xadimi Nərmin Neftçi və 2015-ci ildə rusiyalı aktyor Lev Durov vəfat edib.
Pərviz


