Baş nazir azad olunmuş ərazilərlə bağlı iclas keçirdi

ÖLKƏ
15:36 / 28.11.2020
735

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər kabinetindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0