AK nümayəndəsi: Aİ vaxtı çatanda Rusiya neftinin idxalını qadağan edəcək

DÜNYA
20:37 / 04.08.2026
51

Avropa Komissiyası Rusiyadan neft idxalına tam qadağa qoyulması ilə bağlı təklif üzərində işləməyə davam edir və bu təşəbbüsü uyğun vaxtda təqdim edəcək. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

HİT.az xəbər verir ki, məlumatı yayıb "Avropa həqiqəti" nəşri məlumat yayıb.

"Əsas məqsədimiz Avropa bazarlarında bütün Rusiya enerji daşıyıcılarına qadağa qoymaqdır. Biz bu strategiyanın uğurla başa çatdırılması istiqamətində inamla irəliləyirik", deyə İtkonen bildirib.

O qeyd edib ki, Rusiya nefti artıq sanksiyalar altındadır, lakin Slovakiya və Macarıstan üçün istisna tətbiq edilib və bu ölkələrə enerji resurslarını almağa icazə verilib. Bununla belə, Avropa Komissiyası Budapeşt və Bratislava ilə "təchizat mənbələrini şaxələndirmək və Rusiya neftindən imtina etmək" məqsədilə sıx əməkdaşlıq edir.

İtkonenin sözlərinə görə, tədarüklərə qadağa qoyulması ilə bağlı işlər davam etdirilir və müvafiq təklif "uyğun vaxtda" təqdim olunacaq.

Bundan əvvəl Aİ-də Rusiya qazının boru kəmərləri vasitəsilə idxalına qadağanın ilk mərhələsi qüvvəyə minib. Bu addım Rusiya enerji daşıyıcılarından mərhələli imtinanı nəzərdə tutan tənzimləmə çərçivəsində həyata keçirilib. Sənəd bu ilin yanvarında Avropa İttifaqı Şurası tərəfindən yekun təsdiqlənib və birliyin gələn ilin sonunadək Rusiya qazı idxalından tam imtinasını nəzərdə tutur. Bundan sonra qadağanın yeni mərhələləri tətbiq olunacaq.

Samir

0