Kür çayında suyun səviyyəsi azalıb.
“Report”un məlumatına görə, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.
Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 sm aşağı düşüb.
Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.