Avtoxuliqanlıq edən avtobus sürücüsü bu şirkətin işçisiymiş

ÖLKƏ
09:46 / 05.02.2021
506

Məlum olduğu kimi 4 fevral  axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev HİT.Az-a bildirib ki, avtobusun təmsil etdiyi quruma məxsus olması barədə informasiyalar həqiqətə uyğun deyil:
 
"Avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.
 
Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb".
 
Onun sözlərinə görə, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

0