Vüqar Süleymanov kollektivə təqdim olundu

ÖLKƏ
09:59 / 05.02.2021
538

Fevralın 4-də Minatəmizləməyə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

ANAMA-dan “Report”a bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

0