Dumanlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

ÖLKƏ
11:51 / 05.02.2021
659

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”. 

0