ÖLKƏ
20:23 / 10.06.2021
190

Samuxda həkim sükan arxasında öldü

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gəncə şəhərində diş həkimi işləyən 1985-ci il təvəllüdlü Loğman Əliş oğlu Abbasov dünyasını dəyişib.

İlkin məlumata əsasən, mərhum idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək tutmasından dünyasını dəyişib. Nəticədə maşının idarəetməni itirib və avtomobil hasara çırpılıb. Hadisə yerinə Samux rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır

0
Axar.az