ÖLKƏ
16:19 / 11.06.2021
422

AMEA-dan Ramiz Mehdiyevin adı hallanan tenderlə bağlı AÇIQLAMA

Satınalmalar üzrə tenderlərin keçirilməsinə dair müvafiq prosedura uyğun olaraq bütün təşkilatlar, o cümlədən də AMEA-nın institutları tender müzakirələrini müstəqil keçirir.

HİT.Az xəbər verir ki, bu haqda məlumatı AMEA-nın mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Ədəbiyyat İnstitutunun təsərrüfat malları və dəftərxana ləvazimatları ilə əlaqədar keçirilmiş tenderin AMEA-nın rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edilib ki, sosial şəbəkələrdə həmin prosedurun Akademiyanın rəhbərliyi ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir və məqsədli xarakter daşıyır.

2