"Uşaqlar üçün Zooparka giriş pulsuz olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, AMEA-ın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Əbülfəz Tağıyev deyib. O, Zooparka giriş üçün təyin edilən rüsumun çox baha olduğunu vurğulayıb:
"Böyüklər üçün giriş pulunu hətta bir az artırmaq da olar. Amma uşaqlara təbiəti, heyvanları sevdirmək lazımdır. Elə ailə var ki, onun üç uşağı var, valideyn fikirləşir ki, bu boyda pulu Zooparka verincə, hər hansı problemi həll edər. Bunun üçün uşaqlara Zoopark pulsuz olmalıdır”.
Əbülfəz Tağıyev tələbələrə də Zooparka giriş üçün təyin edilən rüsum haqqının 50% güzəşt edilməsini məqsədəuyğun sayır.
Qeyd edək ki, Bakı Zooloji Parkına giriş böyük şəxslər üçün 6 AZN, uşaqlar üçünsə 3 AZN təşkil edəcək.
Bahar Rüstəmli