Ekspertlər yeni "Media haqqında qanun" layihəsini dəyərləndirdi

ÖLKƏ
13:57 / 12.12.2021
891

"KİV haqqında qanun"da xeyli boşluqlar vardı ki, həmin çatışmazlıqlar "Media haqqında" qanunda tam şəkildə aradan qaldırılıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Rupor.az saytının baş redaktoru Ceyhun Musaoğlu "Media haqqında" qanun layihəsində əksini tapan müddəaları şərh edərəkən bildirib. Layihədə istinad mədəniyyətininn tam formalaşması, redaksiyaların xəbər istehsal etməsinə geniş şərait yaradılması, jurnalistlərin vahid reystr bazasının qurulması kimi amillərin əksini tapdığını təqdirəlayiq hal kimi dəyərlənidrən C.Musaoğlu qanunlar çərçivəsində fəaliyyət göstərməyin qeyri-müəyyənliyə son qoyacağını vurğulayıb:

"Peşəkarlıq məhz qanuni baza əsasında mütdana çıxır. Jurnalist məlumatı dəqiqləşdirdikdən sonra, dərc etməli, yaymalıdır. Dəqiqləşdirmənin meyarları necədir? Uzun illərdir bu suala birmənalı cavab vermək mümkün olmurdu. Müxtəlif prizmalardan yanaşılır, xəbərin hazırlanması, yayılması, jurnalistin hüquqi və mənəvi funksiyası barədə ziddiyyətli fikirlər səsləndirilirdi. Yeni qanun bu xaotik prosesi axarına salacaq, media demokratik prinsiplərə, söz azadlığına tama cavab verən tələblər çərçivəsində aydın, açıq, tərəddüdsüz fəaliyyət göstərmək üstünlüyü qazanacaq".

Məlumatlardan düzgün yararlanmaq üçün dəqiq qaydaların müəyyənləşməsinə böyük ehtiyac olduğunu deyən JEM sədri yeni qanunda maddə-maddə göstərilən bu prinsipin uğurlu tətbiqinin yollarından söz açıb:

"Qanun agentliklər və rəsmi qurumların xəbərləri istisna olmaqla, digər media orqanlarndakı xəbərlərin hər birinin yalnız 30 faiz hissəsindən yararlanmaq imkanını tanıyır. Doğru yanaşmadır, sadəcə bunun üçün redaksiyanın müxbir heyəti genişləndirilməlidir. İşçilərin, ümumilikdə redaksiyanın maddi təminatına dəstək xarakterli layihələr var. Fərdi jurnalist müsabiqələrinin keçiriliməsi, qurulacaq Media Reyestrinə üzv olan müdia nümayəndələrinin müxtəlif imtiyazladan yararlanmaq imkanları qazanması, faizi aşağı olan kreditlər götürməyə şərait yaradılması, ideyaların müxtəlif qurumlar tərəfindən dəstəklənməsi, özəl və dövlət qurumlarının reklamlarının, elanlarının media orqanlarına ödənişi əsaslarla təqdim olunması kimi dəstək müxanizmi yeni dövrün, həm də mübarək dövrün başlandığını təsdiqləyir”.

"Yeni Sabah" saytının direktoru Elnur Məmmədli "Yeni Media Haqqında Qanun"un layihəsinin gələcəkdə medianın inkişafına böyük təkan olacağını vurğulayıb:

"Dəyişiklik hər zaman lazım və vacibdir. İstəlinən bir dəyişiklik irəliyə doğru atılmış bir addımdır. Uzun illər idi ki, Azərbaycan mediasında həm medianın idarəçiliyi, həm medianın hüquqi bazası baxımından bir durğunluq vardı. Dünya inkişaf edir. Belə bir dönəmdə media da inkişaf edir. Onlayn media, teleqram kanalları, Yutub kanalları belə media qurumu kimi qəbul olunurdu. Başqa-başqa ölkələr bu kanallara media statusu vermək üçün hüquqi bazasını yaradırlar. Nəhayət biz də belə bir dövrə çatdıq. Yeni qanunda bunların hər biri nəzərdə tutulub, bu gözəldir, yaxşıdır. Bizim illərlə tələb etdiyimiz də onlayn medianın qəbul olunması idi. Hərə bir sayt açırdı, hüquqi olaraq bilinmirdi ki, onun fəaliyyəti mediadır, ya yox. Yeni qanunla bunlar bəlli olacaq. Yeni Qanun layihəsində jurnalistlər üçün bir sıra üstünlüklər və güzəştlər nəzərdə tutulur. Düşünrəm ki, bunlar medianın inkişafına töhvə verəcək".

0