20 Yanvar qırğınının təşkilatçılarından biri öldü

12:07 / 01.08.2022
1060

Moskvada SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) sonuncu sədri Vadim Bakatin 84 yaşında vəfat edib.

HİT.Az NTV telekanalına istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmır. Bakatinin Moskvanın Troyekurov qəbirstanlığında dəfn olunması gözlənilir.

Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.

0