Anadangəlmə iflic olan qızın pensiyası kəsilib: 2-ci qrup 3-cü qrupla əvəzlənib - FOTO/VİDEO

ÖLKƏ
16:35 / 09.01.2023
753

Anadangəlmə iflic xəstəliyindən çəkən 16 yaşlı qızın köməyə ehtiyacı var.

Qaynarinfo xəbər verir ki, Vəliyeva Yasəmən Qabil qızı 08.06.2006-cı ildə Bərdə rayonunda anadan olub. Doğuş zamanı qüsur aldığı üçün 16 ildən artıqdır anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir. 

2022-ci il oktyabrın ayına kimi 2-ci qrup əlillik pensiyası alıb, lakin oktyabr ayından pensiya kəsilib və 2023-cü ilin yanvarından etibarən 2-ci qrup 3-cü qrupla əvəzlənib.

Xəstəliyi ilə bağlı Uşaq Nevroloji Xəstəxanasına müalicə alıb.

Ailə heç kimin bir əmək qabiliyyəti olmamasına rəğmən, 3-cü qrupa salınmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, oradan problemin nazirlikdə olmadığını, rəyi yazan həkimlərdə olduğunu deyiblər.

Ailənin müraciətinə heç bir instansiya baxmır. Onlar heç olmasa dərəcənin 2-ci qrupa qaytarılmasını istəyir. 

Uşağı atası Qabil Vəliyev müraciətində qeyd edir ki, uşağa ödənilən 3-cü qrup əlilliyə görə verilən pensiya uşağın müalicəsinə yetmir. Məsələnin yenidən nazirlik tərəfindən baxılması və daha ciddi yanaşılmasını qeyd edir.

Qeyd edək ki, Vəliyeva Yasəmən anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir və bədənin ir tərəfi tamamilə işləmir. Ailə Ağdam rayonu Güllücə kəndindən məcburi köçkündürlər.

0