Tanınmış iş xanımı qala gecəsinə qatıldı - FOTOLAR

18:55 / 21.01.2023
1556

Tanınmış iş xanımı Tünzalə Cəfərova “Park Cinema Flame Towers”də keçirilən qala gecəsində iştirak edib. 

Hit.Az-a açıqlama verən T.Cəfərova bu kimi tədbirlərə çox dəvət aldığını, lakin vaxtı olmadığı üçün tez-tez iştirak edə bilmədiyini deyib. 

"“Sevda Mecburi İstikamet” filmini izlədik. Açığı desəm filmi çox sevdim. Əslində yaxşı olacağını gözləyirdim. Çünki Selçuk Yöntem, Kubilay Aka və digərlərinin rol aldığı filmlər hər zaman möhtəşəm olub. Qala gecələrinə, film təqdimatlarına və ya digər tədbirlərə çox dəvət alıram. Amma bizim işimiz elədir ki, daim iclaslar, biznes görüşləri çox olur. Ona görə də çox tədbirə gələ bilmirəm", - deyə o, vurğulayıb. 

Qeyd edək ki, 19 yanvar saat 19:00-da “Park Cinema Flame Towers”də Selçuk Yöntemin iştirakı ilə “Sevda Mecburi İstikamet” filminin qala gecəsi baş tutub. Gecədə tanınmış simalar, media nümayəndələri iştirak edib.

Gecədə “Aşk-I Memnu” serialının ulduzu Selçuk Yöntem ilə yanaşı, “Aşk-101” və “Çukur” serialları ilə tanınan, Kubilay Aka da iştirak edib. Həmçinin “Kaçak Gelinler” serialının aktrisası Selin Şekerçi də Qala gecəsinə qatılıb.

0