Bakıda toy karvanında 10-a yaxın maşın toqquşdu - VİDEO

20:33 / 27.05.2023
370

Bakıda zəncirvari qəza olub.

HİT.az “lent.az”a istinadən xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında gəlin maşını və onları müşayiət edən 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.
Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.

0