ATV-də “Ləzzətli oyun” olacaq - VİDEO

11:14 / 16.09.2023
407

Yeni mövsümə möhtəşəm dəyişikliklərlə start verən ATV telekanalı daha bir proqramın anonsunu izləyiciləri ilə bölüşüb.

HİT.az xəbər verir ki, telekanal bu layihə ilə tamaşaçılarına dağ havasını, kənd ləzzətini mavi ekranlarda hiss etdirəcək.

“Ləzzətli oyun” adlanan proqramda fərasətli xanımlar, xanımını çox istəyən kübar bəylər, qayınanasına süfrə açan ürəkli gəlinlər, nəvələrini cibindəki kanfetlərlə sevindirən şirin nənələr-babalar öz fərasətlərini göstərəcəklər.

Qeyd edək ki, “Ləzzətli oyun” həftə içi 4 gün tamaşaçıların ixtiyarına veriləcək.

0