İşdən çıxarılan prokurora yeni vəzifə verildi

ÖLKƏ
11:39 / 29.11.2023
367

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

HİT.az manset.az-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarın 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.

0