Kənan Qubadzadə: "Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edir"

ÖLKƏ
16:54 / 02.02.2024
349

"90-cı illərin gəncliyi ilə indiki gənclik arasında fərqlər çoxdur". 

Bu sözləri “Gənclər Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə Hit.az-a açıqlamasında qeyd edib. 

O bildirib ki, 90-cı illərin gəncləri daha maraqlı idilər. O vaxt Azərbaycan yeni müstəqillik əldə etmişdi. Gənclər dövlət quruculuğu prosesində çox yaxından iştirak etmək istəyirdilər:

"Ona görə də gənclər üçün hər bir iş, addım kifayət qədər əhəmiyyətli və yeniliklərlə dolu idi. Həmçinin, o dövrün gəncləri daha çox ideyalar və təkliflərlə çıxış edirdilər. Azərbaycan gəncliyi bu illər ərzində xeyli uğurlara imza atıb. Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Bu gün Azərbaycan gənci Prezident İlham Əliyevin göstərişi ilə işğal altında olan torpaqları azad etdi. Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər".

Sevinc

0