10 min manata Həcc ziyarəti - Qiymət uyğundurmu?

19:30 / 12.02.2024
1295

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu məbləğ ötən il 5750  dollar idi.

İlahiyyatçı Tural İrfan Hit.az-a bildirib ki, məbləğin fantastik olması düzgün deyil:

"Bunu insanlar xoş qarşılamır. Bu qiymət tənqid olunmalıdır. Hətta insanlar Həcc ziyarətinə getməsinlər, boykot etsinlər. Həcc ziyarəti azərbaycanlı, müsəlman vətəndaşlar üçün vacib deyil. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kifayət qədər sosial problemi ağır, ac-yalavac insanlar var. Peyğəmbərimiz deyir, qonşusu ac ola-ola tox yatan məndən deyil.  Ətrafımızda sosial problemli insanlar olduğu halda, 10 min pul verib Həcc ziyarətinə getməyə nə lüzum var? Həddən artıq böyük məbləğdir. "Qurani-Kərim"də də israfçılığa yol vermək  günah sayılır. 
Qiyməti artırmaq günahdır. İnsanlar da havayı yerə yüksək məbləği ora verməsinlər ".

Sevinc

1