Selektiv abortların fəsadları: "Bir də övladı olmaya bilər"

ÖLKƏ
16:08 / 16.02.2024
330

"Abort deyilən anlayış yalnız tibbi göstəriş nəticəsində həyata keçirilən əməliyyatdır".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, cərrahi proses olmadan hər hansısa abortun həyata keçirilməsi qadağan olunmalıdır:

"Çünki hazırda Azərbaycanda selektiv abortların sayında oğlan və qız nisbətləri arasındakı fərq əksinə dəyişib. Selektiv abortlar nisbətinə görə Azərbaycanda və dünyanın bir çox yerində qızlar 53, oğlanlar isə 47 faiz olub. İndi isə əksinədir - ölkəmizdə 45 faiz qızlar, 55 faiz isə oğlanlar təşkil edir".

Həkim diqqətə çatdırıb ki, qız uşaqlarının sayında azalma var:

343954

"Ona görə də orta məktəblərə gedəndə sinifdə 3-4 nəfər qız uşağına rast gəlirik. Ümumiyyətlə, qız uşaqlarının sayının əvvəlki illərə nisbətən azaldığı müşahidə olunur. Ona görə evliliklərlə bağlı da problemlər yaşanır". 

Rasif Bağırov söyləyib ki, selektiv abortlar dünyanın bir çox ölkəsində qadağan olunub:

"Selektiv abort prosesi birdəfəlik ləğv olunmalıdır. Artıq bu, bir çox ölkədə qadağandır. Əslində, sadəcə tibbi göstəriş olarsa abort etmək lazımdır. Yəni yaranan müəyyən problemlərə görə bu addımı atmaq olar. Amma tibbi göstəriş olmadan kiminsə arzusu ilə abort əməliyyatı həyata keçirmək düzgün deyil".

Ekspert abort zamanı yarana biləcək problemlərə də toxunub:

"Nəzərə almaq lazımdır ki, abort çox ciddi cərrahi prosesdir. Üstəlik, əməliyyatın sonunda çox böyük fəsadlar baş verə bilər. Hətta birinci abortlardan sonra qadınlar bir də dünyaya uşaq gətirə bilməmək riski ilə üzləşə bilərlər. İkinci və ya üçüncü abortlardan sonra isə qan dövranı ilə bağlı müxtəlif xəstəliklərə yoluxa bilər. Bunlar da xəstələr üçün çox böyük həyati təhlükələr törədir. Ona görə də abortların tamamilə qadağan olunmasını təklif edirəm".

Pərviz

0