Kimlərə lazer olmaz?

ÖLKƏ
23:02 / 22.02.2024
261

Bu gün xanımların böyük əksəriyyətinin  istifadə etdiyi lazer epilyasiyası tibbin ən böyük kəşflərindən sayıla bilər.

Dünyanın hər yerində, həmçinin ölkəmizdə geniş yayılan bu üsuldan insanlar arzuolunmaz tüklərdən azad olmaq üçün istifadə edir. 

Lakin lazer aparatlarının orqanizm üçün tam ziyansız olduğunu demək mümkün deyil.

Lazeroloq Günel Nağıyeva Hit.az-a açıqlamasında qeyd edib ki, qızlara 16 yaşdan, oğlanlara isə 18 yaşdan əvvəl lazer aparatlarından istifadə etmək təhlükəlidir:

"Bu yaşlara qədər qız və oğlanların hormonlarında dəyişiklik getdiyi üçün yetkin yaşa çatmadan epilyasiya etmək omaz. Həmin dövrdə dəri çox həssas oluduğundan, dəridə ləkələr, yanmalar baş verə bilər. Əgər epilasiya olunacaq nahiyyədə açıq yaralar, dəri xəstəlikləri - ekzeme, neyrodermit, psoriaz və s. varsa bu halda prosedur keçirilməməlidir. Təkcə dəri xəstələri deyil, kəllə-beyin travmalı, aktiv forma şiş  və kəskin forma daxili xəstəlikləri olan şəxslər qətiyyən gözəl görünmək üçün sağlamlıqlarını təhlükəyə atmamalıdırlar”.

Sevinc

0