Təhlukəli virtual oyunlar...

22:00 / 22.02.2024
232

Əllərinə kompüter, mobil telefon keçən kimi internetdən şiddəti, zorakılığı əks etdirən oyunlar yükləyirlər. 

Vahiməli səslərlə müşayət olunan döyüş oyunlarının kiçik bir fraqmentini izləmək, bu oyunların uşaqlar üçün təhlükəli olduğu qənaətinə gəlməyə kifayət edir. 

Rəqibinə şiddətli zərbələr endirmək, onu öldürməmiş əl çəkməmək uşaqları da tədricən bu cür internet oyunlarının qəhrəmanlarına bənzədir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bəzi internet oyunları, cizgi filmlər var ki ümumiyyətlə, danışıqdan istifadə olunmur, yalnız jest və mimikalardan istifadə olunur: 

“Bu zaman şüuraltı olaraq , uşaq düşünür ki, insanlar arasında verbal ünsiyyət mühüm deyil, qeyri verbal vasitələrlə qarşı tərəfə lazım olanı anlatmaq olar. Bilavasitə bu düşüncədə olan uşaq ünsiyyətdən qaçır, özünə qapanır və sizoid şəxsiyyət tipinin formalaşmasına zəmin yaradır. Digər bir məqam cizgi filmlərin, kompüter oyunlarının uşaqlarda təxəyyülü yüksək dərəcədə inkişaf etdirməsiylə bağlıdı. Bu oyunları, cizgi filmini izləyənlər süni formada hallusinasiya yaradır, bunun normal olduğunu düşünür, гeyri-adekvzat reaksiyalar verir və sizofren davranışın formalaşmasına gətirib çıxarır".

Sevinc

0