Suyun qaynadılaraq içilməsi düzgündürmü?

ÖLKƏ
20:37 / 22.02.2024
390

Azərbaycanda əksər ailələr hələ də suyu qaynadaraq içir. Amma Avropa ölkələrinin böyük əksəriyyətində vəziyyət fərqlidir. Burada krantdan axan suyu çəkinmədən asanlıqla qəbul edirlər.

Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a qeyd edib ki, suyun qaynadılmış halda içilməsi orqanizmin mineral ehtiyatlarında defisitin yaranmasına gətirib çıxarır:

"Hazırda suyu xlorlaşma ilə təmizləyirlər. Təcrübə və analiz göstərir ki, suyun tərkibində xeyi ağır metal, müxtəlif zəhərli maddələr mövcuddur. Araz çayının Ermənistandan keçən hissəsindən xeyli zavodun kimyəvi və zərərli tullantılarını bu çaya axıtdırması suyun tərkibini xeyli dərəcədə çirkləndirib. Bu gün Azərbaycanda krantdan gələn içməli su beynəlxalq standartlara tam cavab vermir. Ona görə də yaxşı olardı ki, ev şəraitində onlar filtirdən keçirilsin, daşdan süzülsün. Yaxud da suyun girişinə filtirlər qoyulmalıdır. Bu yolla ən azından suyun tərkibinin təmizlənməsinə nail olmaq lazımdır.

Bununla belə içməli su qismində daha çox mağazalarda satılan sulardan istifadə olunmalıdır. Ona imkanı çatmayanlar isə filtr və ya daşdan süzməklə suyun tərkibini təmizləyib onu içsələr daha yaxşı olar. Belə olarsa, ağır metallar, duzlar orada ilişib qalacaq. Qaynanmış su xeyli dərəcədə mineralların itirilməsi deməkdir. Belədə həmin suyun içilməsinin faydası olmur. Çünki bu suyun içilməsi orqanizmin mineral ehtiyatında defisit yaranmasına gətirib çıxara bilər".

Sevinc

0