Sağ ikən özünə qəbir yeri almaq düzgündürmü?

ÖLKƏ
23:23 / 22.02.2024
250

Ölmədən özlərinə qəbir qazdıranlara hələ də rast gəlinməkdədir. Sağlığında özünə qəbır qazdıranların sayı heç də az deyil. 

Bir qrup ınsanlar qəbrıstanlıqda xüsusı yerlər alaraq burda sankı özlərı üçün kıçık bır aılə məzarlığı yaratmaqa çalışırlar.

Paytaxt qəbrıstanlıqlarında bəzi belə yerlər xüsusi təm-təraqla hazırlanır, ərtaf mərmər daşlarla əhatəyə alınır. 

Halbuki, sağ ıkən özünə qəbır qazdırmaq yaxud qəbır yerı almaq şərıət qaydalarına zıddır. 

İlahiyyatçı Cəmişid Əliyev Hit.az-a açıqlamasında qeyd edib ki, kimin harada, necə öləcəyi bəlli deyil: 

"Odur ki, əvvəlcədən qəbir alınması, düzəldilməsi doğru deyil. Belə bir ənənə formalaşıb ki, kimsə başqa yerdə ölsə də, gətirilib kiminsə yanında, yaxud əvvəlcədən təyin olunmuş yerdə basdırılır. Halbuki, dinimizdə belə bir tələb yoxdur. İnsan harada vəfat edərsə, həmin ərazidə basdırılması daha məqsədəuyğundur. İslamda belə ənənə var ki, ölən insan öldüyü yerdə basdırılması daha doğrudur".

Sevinc

0